
ÇL-də həftənin futbolçusu bəlli oldu
Portuqaliyanın “Benfika” klubunun futbolçusu Andreas Şelderup azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi liqa mərhələsinin 8-ci turunda “Real” (Madrid, İspaniya) ilə keçirilən görüşdə (4:2) 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Norveçli futbolçu səsvermədə Aleksis Makallister (“Liverpul”), Joao Pedro (“Çelsi”) və Malik Tillman (“Bayer”) qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



