ÇL: “Bu oyunu unudulmaz edə bilərik”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında “Atletiko”ya qarşı keçiriləcək oyun öncəsi gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis İstanbul təmsilçisinin turnirdə uzun illərdir Avropanın ən güclü komandalarına qarşı sabit çıxış etdiyini vurğulayıb:

“Bu oyunu unudulmaz edə bilərik. Hamımız – klub, futbolçular, mən və azarkeşlərimiz. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Hər iki komandanın pley-off mərhələsinə yüksəlmək şansı yüksək qiymətləndirilir. “Atletiko” hazırda turnir cədvəlində 12 xalla 10-cu, “Qalatasaray” isə 9 xalla 18-cidir.

İstanbulda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button