ÇL: “Bayern” və PSJ 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, “Bayern” “Latsio”nu qəbul edib. Münhen təmsilçisi səfərdə rəqibinə 0:1 hesabı ilə uduzmuşdu. Almanlar cavab matçında 3:0 hesablı qələbə qazanmaqla mərhələ adlayıb.

PSJ isə “Real Sosyedad”ın qonağı olub. Fransadakı matçda Paris komandası inamlı qələbə qazanmışdı. Cavab oyunu da PSJ-nin qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

5 mart

Bayern (Almaniya) – Latsio (İtaliya) 3:0
Qol: Keyn, 39; 66. Müller, 45+2.
İlk oyun – 0:1

Real Sosyedad (İspaniya) – PSJ (Fransa) 1:2
Qol: Merino, 89 – Mbappe, 15; 56.
İlk oyun – 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button