ÇL: 1/8 final mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürəcək.

Komanda.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaq. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.

“Real” isə Almaniyada “Leyptsiq”lə qarşılaşacaq.

Bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

13 fevral

00:00. Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya)
Kopenhagen, “Parken” stadionu

00:00. Leyptsiq (Almaniya) – Real (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Leyptsiq, “RB Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button