Koronavirusa görə Çindən ayrılır – “Barselona”nın sabiq futbolçusu

Çinin “Tsindao Haynyu” klubunda forma geyinən Yaya Ture karyerasını Paraqvayda davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə “Libertad” klubu yaxından maraqlanır.

Paraqvay təmsilçisinin Tureyə rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir. Yarımmüdafiəçi yaxın zamanda “Libertad”la rəsmi müqavilə imzalayacaq.

Turenin Çindən ayrılmasına səbəb, ölkədə yayılan koronavirusla bağlı çempionatların dayandırılmasıdır.

Ture karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button