“Çelsi” – “Real” matçı italyanlara tapşırıldı

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) matçının təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Londonda keçiriləcək görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Daniele Orsato olacaq. Ona yan xətt hakimləri Alessandro Ciallatini və Fabiano Preti kömə edəcəklər. Dördüncü hakim funksiyasını Davide Massa yerinə yetirəcək. VAR haimləri Massimiliano İrrati və Marko Quida olacaq.

Mayın 5-də keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasında İspaniyada baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınıb – 1:1.

Yarımfinal mərhələsinin digər görüşü olan “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) matçını niderlandlı Byörn Kuypers idarə edəcək. Sabah keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq. Komandalar arasında Fransada baş tutan görüşdə “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.