“Qarabağ”ın potensial rəqibində koronavirus şoku

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Xorvatiyanın “Dinamo” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb. “Dinamo” klubunun yaydığı açıqlamada, oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığı vurğulanıb.

“Dinamo” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubuyla qarşılaşacaq. Cütün qalibi pley-offda “Qarabağ” – “Molde” (Norveç) matçının qalibiylə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button