“Çelsi” ilə oyunda zədələnən Komanın son durumu bilindi

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə ilk matçında zədələnən “Bavariya”nın futbolçusu Kinqsli Komanın durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçunun zədəsi ciddi deyil. Bu barədə komandanın baş məşqçisi Hansi Flik klubun saytına verdiyi müsahibədə deyib.

“Çelsi” ilə matçın 67-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən Koman, beş gün sonra komandayla məşqlərə başlayacaq.

“Bavariya” Londonda “Çelsi”ni 3:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı martın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button