Almaniya hökuməti “Liverpul”u ölkəyə buraxmır

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Leyptsiq”lə qarşılaşacaq “Liverpul” komandasının Almaniyaya girişinə icazə verilməyib.

Komanda.az xəbər verir ki, buna səbəb sözügedən ölkədə koronavirusla bağlı qoyulan yeni məhdudiyyətlərdir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Almaniya hökuməti koronavirusun yeni mutasiyasının yayılmasının qarşısını almaq məqsədilə fevralın 17-nə qədər bu növün daha çox yayıldığı ölkə vətəndaşlarının Almaniyaya girişinə qadağa qoyub. Bu ölkələr arasında İngiltərə də var.

“Leyptsiq” klubu “Liverpul” ölkəyə girişinə icazə verilməsi üçün müraciət etsə də, onların istəyi rədd olunub. “Leyptsiq” fevralın 8-nə qədər “Liverpul”u Almaniyada qəbul edib-etməyəcəyiylə bağlı UEFA-ya rəsmi məlumat verməlidir.

“Leyptsiq” – “Liverpul” matçı fevralın 16-da keçirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button