“Real”ın avtobusuna daşlı hücum FOTO

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Liverpul” klubunun azarkeşləri, qarşılaşmanın keçirildiyi stadiona gələn “Real” klubunun üzvlərini daşıyan avtobusa daşlar atıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtobusun şüşəsi sınıb.

“Liverpul” – “Real” matçı qolsuz bərabərliklə bitib. İlk oyunda rəqibini 3:1 hesabıyla məğlub edən “Real” Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksələn tərəf olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button