“Çempionlar Liqasını qazanmaq istəyirsizsə…” – Sulşer

Çempionlar Liqasında 1/4 final mərhələsində “Mançester Yunayted” “Barselona”ya rəqib olub.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer, İngiltərə mətbuatına açıqlamasında, Kataloniya təmsilçisini məğlub edib, turu keçə biləcəklərini deyib:

“İkinci oyunun “Kamp Nou”da olmasından məmnunam. Baş məşqçilərin 99 faizi bunun əksini düşünür. Ancaq öz meydanımızda yaxşı nəticə qazansaq, PSJ kimi, “Barselona”nı da səfərdə keçə bilərik.

Ən böyük və ən güclü komandalarla oynamaq istəyirik. “Barselona” ilə 2008, 2009 və 2011-ci ildə qarşılaşmışdıq. Bu, azarkeşlərimizin də gözlədiyi oyundur. “Barselona” ilə oynamaq üçün səbirsizlənirəm. Çempionlar Liqasını qazanmaq istəyirsizsə, bütün komandaları məğlub etməlisiz”.

ÇL-də 1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button