Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri – SİYAHI

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:

“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

“Monako” (Fransa) – PSJ (Fransa)

“Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)

“Budo-Qlimt” (Norveç) – “İnter” (İtaliya)

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) – “Bayer” (Almaniya)

“Brügge” (Belçika) – “Atletiko” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)

Pley-off mərhələsinin oyunları fevralın 17-18-də və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

ÇL-in final matçı mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button