İki futbolçusu Çempionlar Liqasının tarixinə düşdü – “Çelsi”nin

Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olan “Çels”inin iki futbolçusu – Eduard Mendi və Kristian Pulişiç turnirin tarixinə düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mendi turnirin finalında oynayan ilk afrikalı qapıçı, Pulişiç isə ilk amerikalı futbolçu olub.

“Çelsi” Çempionlar Liqasının finalında “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, klub tarixində ikinci dəfə turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button