
Çempionlar Liqası matçından əvvəl sevgilisinin xəyanət etdiyini öyrəndi
PSJ-nin müdafiəçisi Nuno Mendeş UEFA Çempionlar Liqasının 1/4 finalının “Liverpul”la ilk oyunundan əvvəl sevgilisinin ona xəyanət etdiyini öyrənib.
Komanda.az “Topskill Sports UK”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun sevgilisi Parisə köçməkdən imtina edib və Mendeşin Portuqaliyadakı evində qalıb. Orada o, gizlicə sevgilisi ilə vaxt keçirib. Mendeşin qardaşı bu münasibətin üstünü açıb.
PSJ ilk oyunda “Liverpul”a 2:0 hesabı qalib gəlib. Komandalar gələn həftə İngiltərədə cavab oyununda qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



