Çempionlar Liqası matçında tualetə getdi və geri dönmədi

“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Portu” ilə oyununda (1:0) meydanı tərk edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma zamanı mədəsində ağrı hiss edən futbolçu 71-ci dəqiqədə tualetə gedib. O, uzun müddət meydana qayıtmayıb və 80-ci dəqiqədə əvəzlənib. Əvəzində meydana Markos Alonso çıxıb.

Yamal Çempionlar Liqası tarixində start heyətində yer alan ən gənc futbolçu sayılır. O, 2023-cü ildən əsas komandada çıxış edir. Hücumçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button