ÇL: Evdə qələbə qazanmadan tarix yazdılar

“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (ilk oyun 1:1) səfərdə “Mançester Yunayted”ə qalib gəlib (1:0).

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi turnir tarixində evdə heç bir oyunda qalib gəlmədən Çempionlar Liqasında 1/4 finala yüksələn ilk klub olub.

“Atletiko” daha əvvəl Çempionlar Liqasının qrup mərhələsində evdə “Portu” ilə heç-heçə edib (0:0), “Liverpul” (2:3) və “Milan”a (0:1) uduzub.

“Hindular” iki oyunun nəticəsinə görə “Mançester Yunayted”i keçərək, ÇL-in 1/4 final mərhələsinə vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button