“Çempionatı davam etdirmək çətin olacaq” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, koronavirus səbəbiylə dayandırılan La Liqa və adı “Barselona” ilə yanaşı çəkilən Lautaro Martineslə bağlı danışıb:

“Bu vəziyyətdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Futbolçularla əlaqə saxlayıram. Oyunlar azarkeşsiz keçirilsə belə, mövsümün tamamlanmasını istəyirik, amma hansısa problemin yaranmayacağından əmin olmalıyıq. Mənə elə gəlir ki, çempionatı davam etdirmək çətin olacaq.

Lautaro Martinesin məsələsi ilə bağlı nikbin və ya bədbin deyiləm. Bir çox mükəmməl futbolçu var, amma onlarla bağlı hansısa arzum yoxdur”.

İspan mütəxəssis, Lionel Messinin komandada qalacağını bildirib:

“Messinin “Barselona”da qalacağına əminəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button