Çempionat oyununda asan qalib gəldik, amma… – Valverde

İspaniya kubokunun yarımfinal mərhələsində “Real”a rəqib olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde, açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis “kral klubu”nun indi daha güclü olduğunu deyib:

“Ardıcıl iki çətin oyuna şahidlik edəcəyik. Hər iki komanda Çempionlar Liqasında oyun keçirmiş olacaq. Oyuna köklənmə ilə bağlı çətinlik yaşayacağıq, amma azarkeşlər üçün yaxşı görüşlər olacaq”.

İspan mütəxəssis çempionatın ilk yarısında “Real”a 5:1 hesabı ilə qalib gəldikləri oyun haqqında da danışıb:

“Möhtəşəm yarımfinal oyunları olacaq. Çempionat oyununda asan qalib gəldik, amma “Real” hazırda daha yaxşı vəziyyətdədir və bu oyunlar bizim üçün çətin olacaq”.

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunları 6 fevralda, cavab qarşılaşmaları  isə 27 fevralda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button