Droqbanın oğlu İtaliya klubu ilə müqavilə imzaladı

“Çelsi”nin sabiq futbolçusu Didye Droqbanın oğlu İsak Droqba karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyası təmsilçisi “Karateze” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Droqba ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

“Çelsi”nin yetirməsi olan İsak Droqba son olaraq Fransanın “Genqam” klubunda çıxış edirdi. Hücumçu ötən ilin iyulundan azad agent idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button