
Kapitan gözləniləndən daha tez qayıda bilər
“Çelsi”nin kapitanı Ris Ceyms zədədən sonra bərpa prosesini davam etdirir.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, bud nahiyəsindən zədə alan 26 yaşlı müdafiəçi gözləniləndən daha tez yaşıl meydanlara qayıda bilər.
Daha əvvəl mətbuatda ingiltərəli futbolçunun mövsümün qalan hissəsini buraxa biləcəyi deyilirdi. Yeni informasiyaya əsasən, Ceymsin aprelin sonu və ya mayın əvvəlində komandaya qoşulması planlaşdırılır.
O, cari İngiltərə Premyer Liqası mövsümündə 27 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



