Lukaku: “İtaliyaya geri qayıdacam”

“Çelsi”nin futbolçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, bu ilin yayında “İnter”dən “Çelsi”yə keçməsi haqda fikirlərini bildirib:

“Hadisələr belə olmamalıydı. “İnter”dən necə ayrılmağım, azarkeşlərlə olan münasibətlərim məni narahat etdi. İndi bunları danışmaq üçün düzgün zaman deyil. Məncə, “İnter”i doğru vaxtda tərk etmədim.

Bu klubun hər zaman qəlbimdə yeri olacaq. İtaliyaya geri qayıdacam. Həqiqətən, bunu çox istəyirəm”.

Lukaku bu ilin avqustunda “İnter”dən 115 milyon avro qarşılığında “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button