Jirunun “elçilər”i

“Çelsi”nin futbolçusu Olivye Jiru yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. “Çelsi” ilə müqaviləsi yaya qədər olan Jiru ilə “İnter” və “Latsio” klubları yaxından maraqlanır.

London təmsilçisində az şans qazanan fransız hücumçu klubla müqaviləsini yeniləməyəcək və yayda azad agent olacaq.

Jiru bu mövsüm “Çelsi” ilə 28 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button