“Çelsi”nin baş məşqçisindən Halandla bağlı açıqlama

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, yayda Halandın keçidi üçün “Borussiya” ilə danışıqlar apardıqlarını deyib:

“Yay transfer pəncərəsi dövründə Halandın transferi üçün bir neçə dəfə danışığımız olub. Bu keçidi reallaşdırmaq mümkün görünmürdü.

Haland haqda davamlı müzakirələr gedir. O, möhtəşəm futbolçudur və Çempionlar Liqasındakı rəqiblərimizdən olan “Borussiya”nın əsas fiqurudur.

Haland, yoxsa Romelu Lukaku? Bu mövzuda problem olacağını düşünmürəm. Qarşıdakı aylarda nə olacağını görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button