“Liverpul” üzərində qələbəyə layiq idik” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”a qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, alman mütəxəssis, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları deyib:

“Cəsarətlə oynadıq, şanslar yaratdıq və diqqətimizi itirmədik. “Liverpul” üzərində qələbəyə layiq idik. Meydanda mükəmməl komanda var idi. Addım-addım irəliləyirik. İstirahət etməyə və bu qələbəni qeyd etməyə vaxtımız yoxdur”.