
“Çelsi”dən kapitanla yeni müqavilə
“Çelsi” müdafiəçisi və kapitanı Ris Ceymslə ilə yeni, uzunmüddətli müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
26 yaşlı futbolçunun London klubu ilə yeni sözləşməsinin müddəti 2032-ci ilin ortalarına qədər qüvvədə olacaq. Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayına qədər idi.
İngiltərəli futbolçu cari mövsümdə Premyer Liqa çərçivəsində 26 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun komandası hazırda İngiltərə çempionatında topladığı 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



