“Çelsi”də yeni qapıçı

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “zadəganlar” “Fulhem”in qapıçısı Markus Bettinellini transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı qolkiperlə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Markus Bettinelli 2010-ci ildən “Fulhem”də çıxış edirdi. Ötən mövsümü Çempionşip təmsilçisi “Midlsbro”da icarədə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button