“Çelsi”də Lukaku ilə bağlı qərar verildi

“Çelsi”də “Sky Sports” telekanalının müxbirinə verdiyi müsahibə ilə gündəmə gələn Romelu Lukaku ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, London təmsilçisi yanvar ayında yeni hücumçu transfer etmək istəmir və bu səbəbdən, Lukakunu komandada saxlayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Lukaku verdiyi müsahibədə “İnter”dən ayrıldığı üçün peşman olduğunu, bir gün keçmiş komandasına qayıtmaq istədiyini bildirmişdi. Belçikalı hücumçu, “Çelsi”nin baş məşqçisi Tomas Tuxelin onu düzgün sistemdə oynatmadığını söyləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button