“Çelsi” onunla müqavilə yenilədi, icarəyə göndərdi

İngiltərənin “Çelsi” klubu öz akademiyasının yetirməsi olan Konor Qallagerlə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

London təmsilçisi gənc oyunçu ilə müqavilənin müddətini uzatdıqdan sonra onu icarəyə göndərib. Qallager qarşıdakı mövsümü Çempionşip təmsilçisi “Çarlton”da keçirəcək.

Konor geridə qalan mövsümü London klubunun gənclərdən ibarət komandasında keçirib. O, bu komandadakı çıxışı ilə “Çelsi” akademiyasında ilin futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button