
İngiltərə klubu Bastoni üçün danışıqlara başlayıb
“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını “Çelsi”də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.
“Çelsi” nümayəndələrini İtaliyaya göndərərək “İnter”lə Bastoninin transferi üzrə ilkin danışıqlara başlayıb. Hazırda söhbətlər yalnız başlanğıc mərhələdədir, ancaq London klubunun əminliyi var ki, qarşı tərəf futbolçunun qiymətini endirsə, əməliyyat reallaşa bilər.
“Çelsi” yeni mərkəz müdafiəçisini transfer pəncərəsi bitmədən heyətinə qatmaq niyyətindədir. Bu, yeni baş məşqçi Liam Rosenyorun şəxsi istəyidir.
26 yaşlı Bastoni cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



