Lukaku İngiltərədə klubunu dəyişə bilər

“Çelsi” klubundan ayrılacağı iddia olunan Romelu Lukaku karyerasına İngiltərədə davam edə bilər.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu ilə “Tottenhem” klubu yaxından maraqlanır. Bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Tottenhem”lə yanaşı, Lukaku ilə “Mançester Siti” klubu da maraqlanır. Lakin 28 yaşlı futbolçunun hazırda “Tottenhem”i çalışdıran Antonio Konteyə görə seçimi bu komanda ola bilər.

Lukaku bir müddət əvvəl verdiyi müsahibədə “Çelsi”yə keçdiyi üçün peşman olduğunu söyləyib. London klubu futbolçunun narazılığına görə onunla yollarını ayıra bilər.

Bu yay “İnter”dən “Çelsi”yə keçən Lukaku “zadəganlar”la 18 oyunda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button