“Çelsi” indi “problemli sular”dadır” – Agent

Yulian Naqelsmannın agenti Volker Ştrut məşqçinin “Çelsi”yə getməmək fikrini düzgün qərar adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, menecer, “Çelsi”nin hazırda problemlərin içində olduğunu bildirib:

“Çelsi”yə getməmək Naqelsmann tərəfindən verilən düzgün qərardır. “Çelsi” indi “problemli sular”dadır.

“Çelsi” bir neçə yüz milyon avro xərclədi və gözləntiləri vermədi. Klubda başqa problemlər də var.

Naqelsmann “Çelsi” üçün əsas seçim idi. Bizdə olan məlumat budur. Və o, komandaya rəhbərlik etmək istəsəydi, bu baş verərdi”.

Alman məşqçinin “Çelsi”yə rəhbərlik etməkdən imtina etməsi ilə bağlı məlumat aprel ayının ortalarında ortaya çıxmışdı.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button