“Çelsi”nin müdafiə xəttinə 2 namizəd

“Çelsi” klubu qış transfer pəncərəsində heyətini gücləndirməyi düşünür.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, ingilis müdafiəçi Ris Ceyms zədələndiyi üçün klub rəhbərliyi alternativ futbolçularla müqavilə imzalamaq istəyir. Baş məşqçi Qrem Potter “Lion”dan Malo Qustonu, “Bayer”dən (Leverkuzen) isə Ceremi Frimponqu əsas namizədlər olaraq görür.

Malo Qusto bu mövsüm “Lion”un heyətində 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Frimponq 2022/23 mövsümündə “Bayer”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 30 iyun 2025-ci ilə qədər imzalanıb.

“Zadəganlar” İngiltərə Premyer Liqasında 13 oyundan sonra 21 xalla 7-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button