“Çelsi” braziliyalı futbolçu ilə gücləndi

“Çelsi” Braziliya “Santos”undan Anjelo Qabrieli transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin saytı məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmayıb. Londonlular bu keçidə görə 15 milyon avro ödəyiblər.

Anjelo Qabriel cəmi 18 yaşında olmasına baxmayaraq, “Santos”un əsas komandasında 129 oyuna çıxıb, 5 qol vurub, 10 qol ötürməsi verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button