“Çelsi” 75 milyon avroya qapıçı alır

“Çelsi” “Portu”nun qapıçısı Dioqo Kostanı transfer edə bilər.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün Portuqaliya təmsilçisinin tələb etdiyi məbləği – 75 milyon avronu ödəməyə hazırdır. Bu, müqavilə üzrə qapıçı üçün ödənilməli təzminat məbləğidir.

“Çelsi” məbləği üç dəfəyə ödəməklə “Portu”nun tələbini yerinə yetirə bilər. 25 milyon avro dərhal ödəniləcək, daha sonra iki ödəniş də ediləcək.

Daha əvvəl portuqaliyalı qolkiperlə “Mançester Yunayted”in maraqlandığı haqda da xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button