“Qnabri cavab oyununda mütləq “Real”a qol vuracaq” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubuna qol vuracaq futbolçunun adını da açıqlayıb:

“Bu, yalnız ilk oyun idi. Serj Qnabri cavab oyununda mütləq “Real”a qol vuracaq. Qarşıda Madriddə ikinci oyundur. Orada qol vuracaq”.

Çempionlar Liqasının yarımfinalının “Real”la “Bayern” arasında ilk görüşü Münhendəki “Alyanz Arena” stadionunda baş tutub və 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button