
Çalhanoğlu çempionluq haqda: “İndi bundan zövq alacağıq”
”İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının sona üç tur qalmış A Seriyasının titulunu təmin etməsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu, bizim üçün çox vacib bir uğurdur, bir mərhələ keçildi. Daha da gücləndik, daha da yaxınlaşdıq və daha da birləşdik. Uğur layiq olduğundan daha çoxdur və indi bundan zövq alacağıq”.
Türkiyəli futbolçu 2021-ci ilin yayından “İnter”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



