“Rəqibi bütün göstəricilərdə geridə qoyduq” – Zidan

İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Atletiko”ya 2:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, oyundan və nəticədən məmnun qaldığını bildirib:

“Matçın əvvəlindən sonuna qədər əla oyun göstərdik. Futbolçuların bugünkü çıxışı mənim üçün çox vacib idi. Rəqibi bütün göstəricilərdə geridə qoyduq. La Liqada asan oyun anlayışı yoxdur, hər matçda qalib gəlməlisən. Bu qələbəmizin davamını gətirməliyik. Hələ heç bir şey qazanmamışıq, amma gördüyümüz işdən məmnun ola bilərik. Mövsüm ərzində çətin anlar da yaşayacağıq, amma futbolçular uğura inanırlar. Tənqid futbolun bir parçasıdır, bunu qəbul etməliyik. Futbolçularım bunun öhdəsindən gələcək xarakterə sahibdirlər”.

La Liqada keçirdiyi 12 oyundan sonra 23 xal toplayan “Real” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button