“Buskets heyətimizi balanslaşdırır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Serxio Buskets haqda fikir bildirib.

Komanda.az “90min”-ə istinadən xəbər verir ki, o, ispaniyalı yarımmüdafiəçini fədakarlıq və liderlik nümunəsi adlandırıb:

“O, mənim üçün və komanda üçün vacib oyunçudur. Fədakarlıq və liderlik nümunəsidir. O, qiymətsizdir. Buskets heyətimizi balanslaşdırır. Meydanda komandanı idarə edir. Yoxluğu dərhal hiss edilir. Onun iştirak etdiyi və etmədiyi görüşlərdə komanda fərqli nəticələr göstərir”.

Serxio Busketsin “Barselona” ilə cari müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

34 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button