“Bunu edə bilməyən futbolçu komandadan ayrılacaq” – Poçettino

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino komandadakı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, futbolçuların klubdan ayrılmaq istəmələri ilə bağlı danışıb:

“Düşünürəm ki, hər kəs “Tottenhem”lə bağlı söz-söhbətlərin hər zaman digər klublara nisbətən çox olması fikri ilə razılaşar. İndi daha yaxşı vəziyyətdəyik. Çətin vaxtda futbolçulara kömək etməyə, dəstək olmağa çalışırdım. Komandadan bir futbolçu ayrılmaq istəyəndə, problem olmur, amma eyni anda bir neçə futbolçu olanda, vəziyyət dəyişir. Artıq qələbə qazanmağa başlamalıyıq, əsas məqsədimiz budur. Komandayla birlikdə olmaq, cəmləşmək lazımdır. Bunu edə bilməyən futbolçu komandadan ayrılacaq. Kristian Eriksen kimi 5-6 illik müqavilə bağlayan futbolçu ilk gündən son günə qədər komandaya sadiq olmalıdır. İndiki vəziyyətdə Eriksen sadiqlik göstərmək niyyətində deyil, çünki onun cəmi bir illik müqaviləsi qalıb. Əsas məsələ onun müqaviləni yeniləmək istəyib-istəməməsidir”.

Cari mövsümdə Premyer Liqada 4 turdan sonra 5 xal toplayan londonlular turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button