Bunu bacaran ilk futbolçu oldu – 28 ildən sonra

“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı məğlub edib (4:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda paytaxt təmsilçisinin hücumçusu Kərim Benzema het-trikə imza atıb və adını “el klasiko”lar tarixinə yazdırıb.

O, 28 ildən sonra İspaniya derbisində üç qol vuran ilk “Real” futbolçusu olub. Öncədən bunu 1995-ci ilin sentyabrında keçmiş futbolçu İvan Zamorano bacarmışdı.

“Kral klubu” iki oyunun nəticəsinə əsasən Kataloniya təmsilçisini 4:1 hesabı ilə məğlub edib və adını finala yazdırıb. Həlledici mərhələdə onların rəqibi “Osasuna” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button