Bundesliqada yeni klub

Futbol üzrə Almaniya Bundesliqasına vəsiqə uğrunda “Ştutqart” və “Yunion Berlin” klubları arasında pley-offun cavab matçı keçirilib.

Komanda.az xəbər verir ki, Bundesliqanı 16-cı pillədə tamamlayan “Ştutqart” evdə keçirdiyi ilk oyunda 2-ci Bundesliqa klubu ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı. Berlində baş tutan cavab görüşündə isə hesab açılmayıb.

Beləliklə, paytaxt təmsilçisi səfərdə vurduğu qollara görə Bundesliqada oynamaq hüququ qazanıb. “Ştutqart” isə gələn mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.

Qeyd edək ki, “Yunion Berlin” tarixində ilk dəfə əsas Bundesliqaya vəsiqə qazanır. Daha öncə 55 klub Almaniyanın yüksək liqasında oynamaq hüququ qazanmışdı. Paytaxt təmsilçisi bu siyahıda 56-cı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button