Bundesliqada mövsümün ən yaxşı futbolçusu məlum oldu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Bundesliqasının rəsmi saytında məlumat yayılıb.

19 yaşlı ingiltərəli futbolçu bu mövsüm “Borussiya”nın heyətində 31 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Borussiya” əlavə göstəricilərdə eyni xala sahib olduğu “Bayern”ə uduzaraq, Bundesliqanı ikinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button