Bundesliqa klubundan yeni transfer

Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Frankfurt “Ayntraxt”ından ayrılan yarımmüdafiəçi Miyat Qaçinoviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı serb futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, ötən gün “Ayntraxt” da “Hoffenhaym”ın yarımmüdafiəçisi Stiven Zuberi heyətinə qatıb.

Serbiya yığmasının da üzvü olan Qaçinoviç, “Voyvodina”nın yetirməsidi. O, 2015-ci ildən “Ayntraxt”ın uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button