“Bayer” onun üçün 18 milyon avro ödədi – rəsmi

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Portuqaliyanın “Vitoriya Gimaraynş” klubundan Edmond Tapsobanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Tapsoba “Bayer”də 12 nömrəli formanı geyinəcək. Almaniya klubu bu transferə görə Portuqaliya təmsilçisinə 18 milyon avro ödəyib.

Burkina-Fasodan olan Tapsoba “Vitoriya Gimaraynş”da 2018-ci ildən çıxış edirdi. O, ölkəsinin yığma komandasında 8 oyun keçirib.

“Bayer” bu transferlə yanaşı, öz futbolçusu Panayotis Retsosu da İngiltərənin “Şeffild Yunayted” klubuna icarəyə verib. 21 yaşlı yunanıstanlı müdafiəçi mövsümün sonuna kimi Premyer Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button