Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Köln” klubu gənc futbolçusu Noah Katterbaxla müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik yeni müqaviləyə imza atıblar.

Gənc müdafiəçi 2019/20 mövsümünün geridə qalan hissəsində 12 oyuna çıxıb, 2 dəfə sarı vərəqə ilə cəzalanıb.

Katterbax “Köln”ün öz yetirməsidi. O, əsas komandada 2019-cu ilin oktyabr ayında rəsmi debüt edib.

19 yaşlı futbolçu Almaniyanın U-19 yığmasının da üzvüdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button