Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Almaniyanın “Auqsburq” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Manuel Baumla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Baş məşqçi ilə yanaşı, onun köməkçisi kimi çalışan Yens Lemann və klubun idman direktoru Stefan Şvarts da postundan göndərilib.

Klub rəhbərliyi baş məşqçi postuna isveçrəli Martin Şmidti gətirib. 51 yaşlı isveçrəli mütəxəssislə mövsümün sonunadək razılıq əldə olunub.

Baum 2016-cı ildən “Auqsburq”u çalışdırırdı. Bundesliqa çərçivəsindəki son oyununda “Hoffenhaym”a 0:4 hesabıyla uduzan bu komanda mövsümün bitməsinə 6 tur qalmış 25 xalla 15-ci pillədə qərarlaşıb.

Şmidt isə daha öncə Bundesliqa təmsilçilərindən “Maynts” və “Volfsburq”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button