Bundesliqa klubunda 2 ciddi itki

Almaniyanın “Leyptsiq” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi Dayo Upamekano ilə yarımmüdafiəçi Kevin Kamplın xidmətindən məhrum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Upamekano Bundesliqanın 12-ci turu çərçivəsində “Köln”ə 4:1 hesabıyla qalib gəldikləri oyunda sıradan çıxıb. Artıq onun müalicəsinə start verilib. Amma həkimlər 21 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyini bildirməyiblər.

Kampl isə dizindəki zədə səbəbindən hətta əməliyyat olunmaq məcburiyyətində qalıb. Həkimlər əməliyyatın uğurlu keçdiyini bəyan ediblər. Kevinin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button