Bundesliqa klubu 1 il sonra qələbə qazandı

“Şalke”nin Almaniya Bundesliqasındakı qələbə həsrətinə son qoyulub.

Komanda.az xəbər verir ki, bu gün doğma meydanda “Hoffenhaym”la qarşılaşan sözügedən komanda 4:0 hesablı qələbəyə sevinib.

Bununla da “Şalke”nin Bundesliqa çərçivəsində bir illik həsrəti bitib. Komanda bu müddət ərzində 30 matç idi qələbə qazana bilmirdi.

“Şalke” sonuncu qələbəsini 2020-ci ilin 17 yanvarında Münhenqladbax “Borussiya”sı ilə oyunda qazanmışdı.

Bu qələbə sayəsində xal hesabını 7-yə çatdıran “Şalke” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button