Buffon əsəbidir – “Qızıl top”a görə

“Parma”nın qapıçısı Canluici Buffon “qızıl top”u heç vaxt qazanmadığına görə əsəbidir.

Komanda.az “France Football”-a istinadən xəbər verir ki, 44 yaşlı italiyalı qolkiper, mükafatın təqdim edilməsinin həmişə ədalətli olmadığını deyib:

“2003-cü ildə Çempionlar Liqasının ən yaxşı oyunçusu kimi tanınsam da, ilk 5-liyə belə, düşə bilmədim. Müəyyən mükafatlara əhəmiyyət vermirəm. Amma mən məntiqli davranış istəyirəm, çünki bu, idmandır və çox vaxt bunu görmürəm”.

2002/03 mövsümündə “Yuventus” Çempionlar Liqasının finalına yüksəlib və burada “Milan”a penaltilər seriyasında uduzub. Buffon iki zərbəni dəf edə bilsə də, bu, turinliləri məğlubiyyətdən xilas edə bilməyib. O, “qızıl top”a namizəd olsa da, səsvermədə 9-cu yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button