“Bu zədə məni bezdirir, amma məni dayandırmayacaq”

“Santos”un hücumçusu Neymar zədəsi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hazırda fiziki cəhətdən özünü yaxşı hiss etdiyini söyləyib:

“Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hər gün yaxşılaşıram. Bu zədə məni bezdirir, amma məni dayandırmayacaq. Növbəti matçda oynamağa hazır olacam”.

Neymar cari mövsümdə “Santos”la 26 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabr ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button